Siqarət üstündə polisə hücum edən qadınları həbs gözləyir
Moskvada yerləşən Aviapark ticarət mərkəzində uşaq meydançasında baş verən insident iki qadının həbs olunması ilə nəticələnib.
Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, hadisə istirahət edən bir ailənin üzvlərinin siqaret çəkməsi səbəbindən başlayıb.
Şahidlərin sözlərinə görə, iki qadın azyaşlı uşaqlarla birlikdə uşaq meydançasında olarkən siqaret çəkiblər. Bu səbəbdən inzibatçı hüquq-mühafizə orqanlarına məlumat verib.
Əraziyə gələn polis əməkdaşları siqaret çəkən kişini saxlayarkən, onunla birlikdə olan iki bacı hüquq-mühafizə orqanlarına fiziki müqavimət göstərib. Onlar polislərə hücum etdiklərinə görə saxlanılıblar.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi açılıb.
İttiham təsdiqlənərsə, qadınlar 5 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Gülbəniz Səfərova






