media-inshot_20260114_185850892

Son illər rəqəmsal marketinqin və sosial şəbəkələrin bizneslər üçün əsas kommunikasiya kanallarına çevrilməsi SMM sahəsinə marağı əhəmiyyətli dərəcədə artırıb. Brendlərin onlayn görünürlüğünün, auditoriya ilə ünsiyyətinin və satış strategiyalarının böyük hissəsi artıq sosial media üzərindən qurulur. Bu da SMM mütəxəssislərinin işini daha strateji və alət yönümlü hala gətirir.

Belə bir şəraitdə SMM mütəxəssisləri öz işlərini hansı sosial media alətləri olmadan təsəvvür edə bilməzlər?

Bu barədə, SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında bildirib ki,”İnstagram” şəxsi brendinq və reklam üçün, “LinkedIn” isə peşəkar inkişaf və vakansiyalar üçün əsas platformalardır:

media-inshot_20260114_185524900

“Bütün sosial media platformalarında hesabım olsa da, mənim üçün “İnstagram” və “LinkedIn” xüsusi yer tutur. Instagram şəxsi brendinq və dünya trendləri ilə yenilikləri izləmək üçün idealdır. Həmçinin, reklam platforması olaraq, az büdcə ilə qənaətbəxş nəticələr əldə etməyə imkan verir. İkinci ən çox istifadə etdiyim platforma isə “LinkedIn”dir. İş həyatında baş verənləri, yeni vakansiyaları və ekspertliyini paylaşmaq üçün əlverişli platformadır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər