media-inshot_20250912_170715617

İsraildə bir sıra yüksək vəzifəli şəxslərin şəxsi telefon nömrələri haker hücumlarına məruz qalıb.

Patrulaz.az “Haber Global”a istinadən xəbər verir ki, müdafiə naziri Yisrael Katz və milli təhlükəsizlik naziri İtamar Ben Qvir də daxil olmaqla, bir çox rəsmilərin telefon nömrələri sosial mediada yayılıb.

Kiberhücum nəticəsində nazirlərin telefonlarına minlərlə nifrət xarakterli mesaj və ölüm təhdidləri göndərilib.

Məlumata görə, haker qrupununun türkiyəli üzvlərindən biri də Katzın telefonuna video zəng edib. Bu zaman isə Müdafiə naziri təsadüfən zəngə cavab verib və nəticədə haker zəngin skrinşotunu çəkərək sosial şəbəkədə paylaşıb.

Hadisə sürətlə yayılararaq geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı isə İsrail rəsmisi sosial mediaya etdiyi açıqlamada telefonunda minlərlə nifrət mesajının olduğunu təsdiqləyib və onlara hədələyici mesajlar ötürüb:

“Nə qədər ki, onlar mənə zəng edib təhdid etməyə davam edəcəklər, mən terrorçu liderlərin məhv edilməsi əmrlərini verməyə davam edəcəyəm”,- deyə Yisrael Katz bildirib.

Qeyd edək ki, Katzın telefon nömrəsinin dəyişdirilməsi planlaşdırılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər