media-2897c119-1db6-4f6f-858d-8279650b58a7

Sosial şəbəkədə Vəfa Şərifovanı təhqir edən şəxs məhkum edilib.

Patrulaz.az xəbər verir ki, tanınmış müğənni Vəfa Şərifovanın ünvanına sosial şəbəkədə səsləndirilmiş təhqiramiz ifadələrə görə məhkəmə prosesi yekunlaşıb.

2024-cü ilin noyabr ayında TikTok platformasında “zuzu_muzisiyev” adlı hesab vasitəsilə Vəfa Şərifovanı təhqir edən Arzu Məmmədova barəsində xüsusi ittiham qaydasında məhkəmə işi başa çatıb. Məhkəmənin qərarı ilə Arzu Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi (“Təhqir”) ilə təqsirli bilinərək elektron nəzarət vasitəsi altında 480 saat ictimai işlərə cəlb olunub.

Müğənni Vəfa Şərifova məlumatın doğruluğunu təsdiqləyib və açıqlamasında bildirib ki, ədalətli qərarın çıxarılmasında hüquqi müdafiəçi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Elməddin Məhərrəmovun peşəkar yardımı xüsusi rol oynayıb. Onun sözlərinə görə, “keyfiyyətli hüquqi yardım nəticəsində bu işdə haqlı mövqeyimiz tam şəkildə təsdiq olundu və qanuni hökm elan edildi”.

Bu məhkəmə qərarı sosial şəbəkələrdə şəxsi hörmət və ləyaqətin qorunması, həmçinin təhqir və böhtan xarakterli paylaşımların hüquqi məsuliyyət doğurduğunu bir daha göstərmiş oldu.


Bənzər xəbərlər