media-photo-output

Qaynar xəttimizə daxil olan şikayətlərə əsasən, Gəncə Dövlət Regional Kollecində illərdir davam edən soyuq və təmirsizlik problemi bu il də həll edilməyib. Tələbələr bildirirlər ki, kollecin istilik sistemi formal olaraq qoşulsa da, işləmədiyi üçün siniflərdə vəziyyət dözülməz həddə çatıb.

Şikayətçilər Patrul.az-a belə yazırlar:

“Neçə illərdir şərait bu gündədir. Kombiləri qoşublar, amma işləmir. Hamı soyuqdan donur. Şikayət edirik, amma heç bir tədbir görülmür. Keçən ildən deyirlər ki, düzələcək, amma hələ də düzəlmir. Xahiş edirik, paylaşın.”

Digər tələbənin sözlərinə görə:

“Gəncə Dövlət Regional Kollecində ataplenyaları qoşublar, amma işləmir. İsidici yandırmağa da icazə vermirlər, hamı donur. Direktorumuz Xoşqədəm Xudiyevaya keçən ildən deyirik, bu il işləyəcək deyildi, amma yenə işləmir. Xahiş edirik, paylaşasınız.”

Tələbələr həm istilik çatışmazlığından, həm də binanın ümumi təmirsiz vəziyyətindən narazıdırlar. Göndərilən görüntülərdən də görünür ki, sinif otaqlarında divarlar sökülüb, pəncərələr sızdırır, şərait dərs keçməyə uyğun deyil.


Bənzər xəbərlər