“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Patrulaz.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.