media-inshot_20260427_103613134

Mərkəzi Afrikada yerləşən Çad Respublikasında etnik qruplar arasında baş verən toqquşmalar nəticəsində ən azı 42 nəfər həlak olub.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurmaya səbəb su resursları uğrunda mübahisə olub.

Hadisə iki ailə arasında suya çıxış üstündə yaranan münaqişə ilə başlayıb və daha sonra silsilə hücumlara çevrilib. Nəticədə azı 42 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Hadisə yerinə bir neçə nazir, yüksək vəzifəli yerli məmurlar və hərbi qərargah rəisi göndərilib. Yaralılar xəstəxanalara təxliyə olunub, hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.

Qeyd edək ki, Çadın şərq bölgələrində fermerlər və köçəri ərəb çobanları arasında bu cür toqquşmalar tez-tez baş verir. Bu hadisə bölgədə müşahidə olunan quraqlıq və qonşu Sudan ərazisindən gələn qaçqın axını səbəbilə su və torpaq kimi resurslar uğrunda artan gərginliyin növbəti nəticəsi hesab olunur.

Xatırladaq ki, 2024-cü ilin mart ayında da eyni əraziyə yaxın zonada oxşar səbəblərlə baş verən toqquşma nəticəsində 42 nəfər həlak olmuşdu.

media-violences-electorales-en-tanzanie-400x250 media-thumbs_b_c_f69b25daca7290da17e034740e02a616


Bənzər xəbərlər