media-inshot_20250902_072149879

Sudanın Marra dağlarında baş verən torpaq sürüşməsi nəticəsində 1000 nəfər həyatını itirib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, sürüşməyə səbəb günlərdir davam edən güclü yağışlar olub.

Məlumata görə, faciəvi hadisədən yalnız bir nəfər sağ çıxıb.

Xatırladaq ki, Sudanda davam edən müharibə səbəbi ilə əhali Marra dağlarına sığınmışdı. Hadisədən sonra 800 mindən çox sudanlı bölgəni tərk edib.

Qeyd edək ki, Sudan ordusu ilə yarımhərbi Çevik Dəstək Qüvvələri arasında 2023-cü ildə başlayan vətəndaş müharibəsi nəticəsində 150 minə yaxın insan həlak olub. Münaqişə başlayandan bəri isə 12 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Gülbəniz Səfərova

Gülbəniz Səfərova


Bənzər xəbərlər