media-inshot_20251031_193500604

Sudanda milli ordu ilə Sürətli Dəstək Qüvvələri (RSF) arasında şiddətli vətəndaş müharibəsi davam edir.

Patrulaz.az xarici KİV-lərdə yayılan məlumatlara əsasən xəbər verir ki, Sudanın Əl-Faşer şəhərini ələ keçirən RSF qüvvələri 48 saat ərzində iki mindən çox insanı qətlə yetirib. Bölgədən yayılan dəhşətverici görüntülərdə dinc sakinlərin də güllələndiyi əks olunub.

Şəhərdə yarımhərbi komandir olduğu bildirilən və “Əsrin Qəssabı” adı verildiyi Əbu Lulu adlı şəxs isə İnsan Haqları Təşkilatları tərəfindən törətdiyi qırğınlara görə “cinayətkar” adlandırılıb.

Qeyd edək ki, Sudanda 2023-cü ilin aprel ayında milli ordu ilə RSF qüvvələri arasında vətəndaş müharibəsi başlayıb. Müharibə nəticəsində 18 aylıq mühasirədən sonra RSF qüvvələri ordunun Darfurdakı son ərazisi olan Əl-Faşeri ələ keçirib. Bundan sonra şəhəri tərk etməyə çalışan insanlar kütləvi zorakılığa məruz qalıblar.

Xatırladaq ki, RSF qüvvələri Səudiyyə Ərəbistanı Doğum Xəstəxanasına hücum edərək 460 nəfərin həyatına son qoyublar.

media-sudan-in-tiktoker-kasabi-insanlari-infaz-ettigi-19205758_531_m media-sudan-in-tiktoker-kasabi-insanlari-infaz-ettigi-19205758_319_amp

Gülbəniz Səfərova


Bənzər xəbərlər