Sükan arxasında telefon - 169 nömrəli avtobus sürücüsü təhlükə yaradır - VİDEO
Binə Atçılıq-Koroğlu marşrutu üzrə hərəkət edən, 77 CT 341 dövlət qeydiyyat nişanlı 169 nömrəli avtobusun sürücüsünün davranışı narahatlıq doğurur.
Vətəndaş tərəfindən Patrul.az-ın qaynar xəttinə daxil olan məlumata görə, sürücü aeroport yolunda ikinci və üçüncü zolaqlarla hərəkət edərkən belə telefona baxır. Bu isə həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini risk altına atır.
Sərnişinlərin dəfələrlə irad bildirməsinə baxmayaraq, sürücünün eyni qaydada davranmağa davam etdiyi qeyd olunur.
Vətəndaşlar aidiyyəti qurumlardan bu məsələyə ciddi nəzarət olunmasını xahiş edirlər.






