Sülh danışıqlarının getdiyi vaxtda Rusiya Ukraynaya böyük zərbə endirdi - VİDEO
Ukraynanın Kremençuk şəhəri Rusiyanın ən güclü hücumlarından birinə məruz qalıb.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, şəhər ballistik və qanadlı raketlərlə, həmçinin “Şahed” tipli pilotsuz uçuş aparatları ilə intensiv şəkildə atəşə tutulub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbələr nəticəsində enerji sektoruna aid inzibati binalar zədələnib, lakin xoşbəxtlikdən insan itkisi qeydə alınmayıb.
“Kremençuk bir daha sübut etdi ki, heç bir hücum bizi dayandıra bilməz. Dünya da gördü ki, Putin sülh istəmir, sadəcə Ukraynanı məhv etməyə çalışır. Amma biz heç vaxt unutmayacağıq və bağışlamayacağıq”, – şəhər meri Vitali Maletski bildirib.
Qeyd edək ki, hücum zamanı Ukraynanın hava hücumundan müdafiə qüvvələri və xilasedicilər dərhal yanğınların söndürülməsinə başlayaraq fəlakətin daha böyük miqyas almasının qarşısını alıblar.






