media-inshot_20260122_142946039

Tarixi sülh sazişinin imzalanmasından sonra ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Vaaqan Xaçaturyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Euronews”un panelində birgə çıxış ediblər.

Panel müzakirəsi zamanı Prezident İlham Əliyev Ermənistanla əldə olunmuş sülh razılaşmasını “Ermənistan, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün böyük fayda” kimi qiymətləndirib.

Bu barədə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Patrul.az-a öz fikirlərini bölüşüb.

Millət vəkili ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişinin imzalandığını xatırladıb:

“Ermənistan öz üzərinə gələcəkdə konstitutsiyasına dəyişiklik edərək Azərbaycana qarşı edilən ərazi iddialarını aradan qaldıracağına dair öhdəliyi götürsə, yekun sülh sazişi də tezliklə imzalanar.

Fikrimcə, bu sülh sazişini qardaş Türkiyə və Rusiya da imzalasa, bu, daha davamlı və təminatlı olar. Yekun sülh sazişi imzalamadan öncə artıq Ermənistana Azərbaycan üzərindən öz yüklərini daşımaq imkanı vermişik. Hesab edirəm ki, TRIPP layihəsi başa çatanadək Naxçıvana Ermənistan üzərindən ən azından avtomobillərlə yüklərin daşınmasına imkan yaradılmasını tələb etməliyik. Ona görə ki, bu yolun çəkilməsi hələ 2028-ci ilin sonunda baş tutacaq”.

media-inshot_20260122_142005075

Q.Həsənquliyev hər bir vətəndaşın xalqının sülh və əmin-amanlıq içində, təhlükəsiz şəraitdə yaşamağını, həmçinin regionun inkişafını arzuladığını vurğulayıb:

“Bu baxımdan Ermənistanla yaxınlaşma siyasətini müsbət qarşılayıram. Ermənistandakı seçkilərin nəticələrini gözləmədən, yəni yaxın bir zamanda sülh sazişinin imzalanmasını, Türkiyənin tezliklə Ermənistanla öz sərhədlərini açmağını və ciddi əməkdaşlığa başlamasını istəyirəm. Sülhün də təminatı yaxınlaşma, əməkdaşlıqdır. Təbii ki, bizim Ermənistanla dost olmağımız üçün uzun müddət lazım olacaq. Çünki bu dövlət xalqımıza ağır yaralar vurub, dərin acılar yaşadıb. Nə qədər çətin olsa da, qonşu dövlət kimi Ermənistanla da əməkdaşlıq etməliyik. Bu baxımdan Prezident İlham Əliyevin yaxınlaşma siyasətini dəstəkləyir və tezliklə sülhün tamamilə bərqərar olmağını arzulayıram”.

Ləman Sərraf


Bənzər xəbərlər