media-inshot_20250925_093214066

Dünən gecə Sumqayıt-Novxanı yolunda ağır yol qəzası baş verib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 01:30 radələrində Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Heybət Talıb oğlu Əliyev “Volkswagen” markalı avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Bənzər xəbərlər