Sumqayıtda baş verən yanğında bir nəfər zəhərləndi
Sumqayıtda fərdi evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.
Patrulaz.az “Report”a istinadən xəbər verir ki, hadisə “Yaşıl dərə” adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, yanğın 1981-ci il təvəllüdlü Səfərəliyev Sahib Novruz oğluna məxsus, ümumi sahəsi 110 kvadratmetr olan fərdi yaşayış evində olub. Hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1987-ci il təvəllüdlü Səfərəliyeva Zəfilə Canmirzə qızı tüstüdən zəhərlənib.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanğın nəticəsində evin bir hissəsi yararsız hala düşüb.






