Sumqayıtda tikinti qalmaqalı: sakinlər evlərinə ziyan dəydiyini iddia edir - VİDEO
Sumqayıtın “Betonzavod” adlanan ərazisində yaşayan sakinlər tikinti işləri ilə bağlı Patrul.az redaksiyasına şikayət ediblər. Onların sözlərinə görə, ərazidə aparılan tikinti nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib.
Məsələni araşdırmaq üçün hadisə yerinə baxış keçirilib. Sakinlər çəkiliş zamanı mövcud problemləri diqqətə çatdırıblar.
Daha sonra tikinti aparılan əraziyə baş çəkilərək qarşı tərəfin mövqeyi öyrənilib. Tikinti aparan tərəf iddiaları təkzib edərək bildirib ki, görülən işlərin evlərə hər hansı zərəri olmayıb. Qeyd olunub ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Xidməti tərəfindən baxış keçirilib və heç bir nöqsan aşkar edilməyib. Buna görə də tikinti prosesində qanun pozuntusuna yol verilmədiyi bildirilib.
Günay Salayeva
Aslan Nadiroğlu
Patrul.az






