Süni intellekt üzrə bu ölkə birinciliyə yüksəldi
Çin süni intellekt sahəsində öz mövqeyini gücləndirərək, bu günə qədər təqdim etdiyi 1509 böyük model ilə dünya birinciliyinə yüksəlib.
Patrulaz.az “Sinxua” agentliyinə əsasən xəbər verir ki, bu statistik rəqəm 2025-ci il Ümumdünya Süni İntellekt Konfransı çərçivəsində açıqlanıb.
Bildirilib ki, dünyada ümumilikdə buraxılan 3755 böyük süni intellekt modelindən 40 faizdən çoxu Çində hazırlanıb. Bundan əlavə, dünyada fəaliyyət göstərən 35 mindən çox süni intellekt müəssisəsinin 5100-dən çoxu da məhz Çində yerləşir.
Qeyd edək ki, Çin bu gün 71 unicorn texnologiya şirkətinə sahibdir ki, bu da dünya üzrə bu tip müəssisələrin 26 %-ni təşkil edir.
Hazırda ölkə süni intellekt bazarını ölçmək, göstəriciləri standartlaşdırmaq və texnoloji layihələri daha şəffaf şəkildə qiymətləndirmək üçün yeni metodologiyalar üzərində işləyir.






