media-inshot_20250722_212203275

Süni intellektlə işləyən kodlaşdırma aləti sahibkarın aylarla gördüyü işin məhv olmasına səbəb olub.

Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, sahibkarlar üçün tədbirlər və onlayn icmalar təşkil edən “SaaStr” platformasının təsisçisi Ceyson Lemkin istifadə etdiyi “Replit” adlı AI kodlaşdırma alətinin şirkətin məlumat bazasını sildiyini bildirib.

Onun sözlərinə görə, bu hadisə aydın təlimatlara baxmayaraq baş verib və nəticədə aylarla davam edən iş itirilib.

Qeyd edək ki, “Replit” süni intellektin köməyi ilə istifadəçilərə kod yazmaqda və proqramlar hazırlamaqda yardım edən məşhur platformadır. Lakin bu hadisə AI alətlərinin hələ də insan nəzarətinə ehtiyac duyduğunu göstərdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər