Suriyada gərgin vəziyyət: Vətəndaş müharibəsi baş verə bilər?
Suriyada druz icması ilə mərkəzi hökumət arasında qarşıdurma daha da kəskinləşib.
Patrulaz.az “Nexta Live” telegram kanalına əsasən xəbər verir ki, Əsəd rejimi Əs-Suveyda əyalətindəki druzlara qarşı hərbi əməliyyatlara başlayıb, cavab olaraq İsrail Suriya ordusunun mövqelərinə hava zərbələri endirib.
Yerli druz döyüşçülərinin bir neçə hökumət patrulunu məhv etməsi rejimin sərt cavabına səbəb olub. İsrail uzun müddətdir dəstək verdiyi druzlara qarşı hərbi müdaxilə olacağı təqdirdə cavab verəcəyini bəyan etmişdi.
Xatırladaq ki, 2024-cü ildə Əsəd rejiminin zəifləməsində məhz druzların rolu həlledici olmuşdu, onlar cənub əyalətlərini nəzarətə götürərək paytaxta təzyiq göstərmişdilər.
Hazırda yenidən muxtariyyət uğrunda mübarizə aparan druzların qaldırdığı üsyan, Suriyanın yeni rəhbərliyinin – müvəqqəti prezident Əhməd Əl-Şaraanın ABŞ və Aİ-dən aldığı dəstək fonunda ciddi təhlükə yaradır.
Yeni zorakılıq dalğası Suriya diplomatiyasının beynəlxalq təcriddən çıxmaq cəhdlərini sual altına ala bilər.






