Suriyada gərginlik: “Xain” adlandırılan druz tələbələrə daşla hücum edildi
Suriyanın Ələppo Universitetində bir qrup sünni tələbə İsrailin Suriyaya hava zərbəsindən sonra etnik azlıq olan druz tələbələrə hücum edib.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, tələbə yataqxanalarında baş verən insident nəticəsində 4 nəfər ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisənin şahidlərinin sözlərinə görə, sünni tələbələr druzları “xain” adlandıraraq onların otaqlarına basqın edib, daşlayıb və döyüblər.
Universitet rəhbərliyi açıqlama versə də, gərginlik azalmayıb. Bir çox druz tələbə təhlükəsizlik məqsədilə yataqxananı tərk edib.
Qeyd edək ki, druzlar Suriyada təxminən 1 milyon nəfərlik dini-etnik azlıq təşkil edir. Hazırda ölkədə baş verən münaqişə də druzlarla əlaqədardır.






