Suriyada silahlı toqquşma nəticəsində onlarla insan ölüb
Suriyanın cənubundakı Suveyda əyalətində druzlarla sünni bədəvi qəbilələri arasında baş verən silahlı toqquşmalarda onlarla insan həlak olub.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, qarşıdurmalar bazar günü əsasən druzların yaşadığı şəhərdə, Dəməşqə gedən magistral yolda bir druz tacirin oğurlanmasından iki gün sonra başlayıb.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, bölgədə vəziyyəti nəzarətə almaq üçün təhlükəsizlik qüvvələri əraziyə yerləşdirilsə də, əyalətin qərb hissəsində döyüşlər davam edir.
Məlumata görə, toqquşmalar zamanı 30 nəfər ölüb, 200-dən çox insan isə yaralanıb.
Qeyd edək ki, Druzlər şiə mənşəli dini azlıq, bədəvilər isə sünni ərəb qəbilələridir. İki tərəf arasında uzun illərdir gərginlik hökm sürür.






