media-inshot_20260107_210609873

PKK/YPG terror təşkilatının Suriyanın Hələb şəhərinə hücumları davam edir.

Patrul.az xəbər verir ki, 6 yanvar tarixindən başlayan hücumlar səbəbindən Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini tərk etmək istəyən mülki şəxslər atəşə tutulub.

Suriya ordusu isə sözügedən ərazilərdə mövcud olan terror qruplaşmalarına qarşı artilleriya və minaatanlarla zərbələr endirməyə davam edir.

Hücumların başladığı gündən etibarən Hələb şəhərinin mərkəzində bir hərbçi və beş mülki şəxsin həlak olduğu, 31 nəfərin isə yaralandığı bildirilib.

Şəhərdə milli ordu ilə SDG qüvvələri arasında tez-tez baş verən toqquşmalar səbəbindən məktəblər bağlanıb, hava limanına uçuşlar isə dayandırılıb.

Qeyd edək ki, SDG terror təşkilatı bu hücumlarla 10 mart tarixli razılaşmanı pozub. Həmin razılaşmaya əsasən, SDG terror təşkilatının ilin sonunadək Suriya ordusuna inteqrasiya etməsi gözlənilirdi. Lakin təşkilat bu öhdəliyə əməl etməyərək Suriya ordusunun mövqelərinə yaxın ərazidə yerləşən nəzarət məntəqəsini hədəfə alıb.

Təşkilatın hücumları ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 10 mart sazişinə əməl olunmalıdır:

“10 Mart Sazişi tətbiq edilməlidir. İsrailin hücumları Suriyanın qarşısında ciddi maneə yaradır. Suriyanın parçalanmasından kimin faydalanacağı isə aydındır”, – deyə o qətiyyətlə bildirib.

Məlumat üçün bildirək ki, hazırda Suriya ordusu Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrinin girişini bağlayıblar. Onlar qaçan vətəndaşlara da yardım göstərirlər.

media-pkk-ypg-halep-te-isgal-ettigi-bolgelerden-cikmak-19436090_6239_amp media-pkk-ypg-halep-te-isgal-ettigi-bolgelerden-cikmak-19436090_8418_m media-pkk-ypg-halep-te-isgal-ettigi-bolgelerden-cikmak-19436090_7560_m media-pkk-ypg-halep-te-isgal-ettigi-bolgelerden-cikmak-19436090_714_m media-pkk-ypg-halep-te-isgal-ettigi-bolgelerden-cikmak-19436090_2909_m media-pkk-ypg-halep-te-isgal-ettigi-bolgelerden-cikmak-19436090_9409_m media-pkk-ypg-halep-te-isgal-ettigi-bolgelerden-cikmak-19436090_5794_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər