media-inshot_20250725_202425706

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə qarşı 2013-cü ildə ölkəsində həyata keçirilən kimyəvi hücumlarla bağlı çıxarılan həbs qərarı ləğv edilib.

Patrulaz.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Parisin ixtisaslaşmış iki müstəntiq hakimi Suriya rejiminin 2013-cü ilin avqustun 4-dən 5-nə keçən gecə Şərqi Adra, Duma və digər yaşayış məntəqələrinə təşkil etdiyi kimyəvi hücumlara görə Bəşər Əsəd barəsində beynəlxalq axtarışla həbs qərarı çıxarmışdı. ABŞ kəşfiyyatına görə, həmin hücumlar nəticəsində sarin qazı ilə 1400-dən çox insan həyatını itirmişdi.

2024-cü ilin iyununda Paris Apellyasiya Məhkəməsi ilkin qərarı qüvvədə saxlamışdı. Lakin 2025-ci ilin iyulun 25-də  Kassasiya Məhkəməsi həbs qərarını ləğv etdi.

Qərarda qeyd olunub ki, heç bir istisna, dövlət başçısının şəxsi toxunulmazlığını aradan qaldıra bilməz. Beləliklə, Fransa məhkəməsi Əsədə qarşı çıxarılan həbs qərarının beynəlxalq hüquqa zidd olduğu qənaətinə gəlib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər