Son günlərdə sürücülər radar cərimələri ilə bağlı texniki səhvlərlə qarşılaşır. Belə hallardan biri də “77 XO 088” dövlət nömrə nişanlı avtomobilin sürücüsünün başına gəlib. Belə ki, radara düşən və 10 AZN məbləğində cərimələnən avtomobilin dövlət nömrə nişanı “77 XQ 088” olsa da, cərimə “77 XO 088” nömrə nişanlı avtomobilin sahibinə yazılıb.
Patrulaz.az-a daxil olan məlumatda sürücü məsələnin araşdırılmasını xahiş edir. Belə halların əsas səbəbi radar sistemində və ya cərimələrin emalı prosesində baş verən texniki xətalar ola biləcəyi düşünülür.
Bu kimi səhvliklərlə qarşılaşan sürücülər cərimənin silinməsi və düzəldilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə və ya müvafiq elektron sistemlərə müraciət etməlidirlər. Əgər cərimə yanlış yazılıbsa, sürücü cəriməni ödəməməli və rəsmi qaydada şikayət etməlidir.


Bənzər xəbərlər