Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa növbəti beynəlxalq status qazanıb.
Patrulaz.az xəbər verir ki, şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilib.
Bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı məlumat verib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı regional əməkdaşlığı təşviq edən nüfuzlu beynəlxalq platformadır və üzv ölkələr arasında turizm, iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əlaqələrin gücləndirilməsini hədəfləyir.