media-photo-output

Patrul.az-ın qaynar xəttinə taksi sürücüsü tərəfindən müraciət daxil olub.

Müraciətdə bildirilir ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü gündəlik iş zamanı müxtəlif sərnişinlərlə qarşılaşır və son vaxtlar bir neçə dəfə saxta pul verilməsi halları ilə üzləşib.

Sürücü qeyd edir ki, bu kimi hallar onun və digər həmkarlarının maddi ziyana düşməsinə səbəb olur və problemin artması ciddi narahatlıq doğurur.

Müraciətdə həmçinin vurğulanır ki, saxta pul dövriyyəsinin qarşısının alınması üçün nəzarətin gücləndirilməsinə və bu cür hallara yol verən şəxslərlə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac var.

Taksi sürücüsü Daxili İşlər Nazirliyinə müraciət edərək məsələ ilə bağlı müvafiq addımların atılmasını xahiş edir və bu problemin aradan qaldırılmasının vacibliyini qeyd edir.

Günay Salayeva


Bənzər xəbərlər