Tanınmış MMA döyüşçüsünə silahlı hücum edildi - VİDEO
Dağıstanda naməlum şəxslər MMA döyüşçüsü Timur Xizrievə silahlı hücum edib.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Mahaçqalada Danialova küçəsində qeydə alınıb.
Məlumata görə, iki silahlı şəxs idmançıya dayanacaqda arxadan hücum edərək ona beş dəfə atəş açıb. Hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hücum zamanı Timur Xizriev bel çantasını yerə qoyaraq hadisə yerindən qaçıb. Cinayəti törədən şəxslər daha sonra onları gözləyən üçüncü nəfərlə birlikdə ağ rəngli “Lada Priora” markalı avtomobillə ərazidən uzaqlaşıblar.
Hazırda şəhərdə hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə anının görüntülərini təqdim edirik:
Gülbəniz Səfərova






