media-133c074d-d6ba-4d56-96fb-18b5331faec3

Azərbaycanın məşhur tiktokeri Mahirə Marandskaya insan alveri ilə bağlı cinayət işində təqsirləndirilir.

Patrulaz.az “Unikal”a istinadən xəbər verir ki, Mahirə Marandskayanın cinayət işi artıq Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Vaqif Həsənovun sədrlik etdiyi prosesdə araşdırılacaq.

Tiktoker Cinayət Məcəlləsinin 243.1 maddəsi (Gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) ilə ittiham olunur və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Məlumata görə, cinayət işində 10-a yaxın qadın zərərçəkən kimi tanınıb və onların arasında universitet tələbələrinin də olduğu bildirilir.

Tiktokerin cinayət əməlini sübuta yetirmək üçün məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, Mahirə Marandskaya bundan əvvəl də analoji cinayətə görə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məsuliyyətə cəlb olunmuşdu, lakin himayəsində azyaşlı uşağı olduğu üçün cərimə ilə cəzalandırılmışdı.

Əgər cinayət əməli sübuta yetirilərsə, tiktokeri bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

media-76b3c27a-97e4-43d4-83ee-bb50eb39604e


Bənzər xəbərlər