media-inshot_20250821_111614623

Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib.

Patrulaz.az “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə rayonun Qoşaoba kəndi ərazisində qeydə alınıb. Kənd sakini Mirzə Rövşən oğlu Cəfərli aralarında yaranmış münaqişə zəminində bıçaqla tanışı Süleyman Məhəmməd oğlu İsmayılova xəsarətlər yetirib.

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mirzə Rövşən oğlu Cəfərli saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Bənzər xəbərlər