media-inshot_20250805_212734367

Türkiyədə tarixi Ayasofyada məscidində yanğın törətmək istəyən şəxsin qarşısı alınıb.

Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, hadisə gecə namazı zamanı baş verib. Qırmızı papaqlı naməlum şəxs kürsü arxasında gizlənərək kitabı yandırmağa cəhd edib. Bu zaman kürsidəki parçanın alovlandığını görən qadın dərhal imama xəbər verib.

Parçanın alovlanması ilə baş verən yanğın ətrafdakıların müdaxilə sayəsində söndürülüb.

Qeyd edək ki, hadisəni törədən şəxsin xarici vətəndaş olduğu ehtimal olunur. O, polis tərəfindən saxlanılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər