media-inshot_20250801_125214214

İstanbulda tarixi hamamda baş verən yanğın panikaya səbəb olub.

Patrulaz.az “HaberGlobal”a istinadla xəbər verir ki, Tahta Minare Hamamında naməlum səbəbdən yanğın baş verib.

Yanğın nəticəsində ölən və yaralanan olmayıb.

Yanğınsöndürənlər digər evlərə yanğının keçməməsi üçün səy göstəriblər. Vətəndaşlar da onlara yardım ediblər.

Qeyd edək ki, hamamın binasına ciddi ziyan dəyib.


Bənzər xəbərlər