media-dee8b749-5726-42e9-bab8-b4fe5a732a1c

Türkiyənin məşhur müğənnisi Tarkan anasının vəfatı ilə sarsılsa da, Avropa turnesini dayandırmayıb.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, sənətçi ilk dəfə olaraq səhnədə bu qərarının səbəbini açıqlayıb. Anası Neşe Tevetoğlunun aprel ayının 17-də İstanbulda ürək tutmasından vəfat etməsi Tarkanı dərindən kədərləndirib. Buna baxmayaraq, o, Avropa turnesinə davam edib və konsert səhnələrində pərəstişkarları ilə görüşməkdən imtina etməyib.

Ştutqartda səhnəyə çıxan Tarkan çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib. Daha sonra Hamburqdakı konsertində dinləyicilərə bu sözlərlə müraciət edib: “Sizin enerjinizə çox ehtiyacım var. Ona görə də bu konsertləri mütləq etməliydim. Yaxşı gündə də, pis gündə də bir yerdə olmalıyıq”, – deyə fanatlarına bildirib.

Həmçinin müğənni sosial media hesabında da bu hisslərini paylaşaraq bildirib:
“Ana itirmək içində yanan bir yanğındır. Bu ağrılı anımda yanımda olan hər kəsə təşəkkür edirəm. Xüsusilə həyat yoldaşım Pınara və qızıma minnətdaram”.

Qeyd edək ki, Tarkan konsert sonrası sosial media hesabında Hamburq şəhərinə də təşəkkürünü bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər