media-thumbs_b_c_4822d03fb78e60d5b87d029a0b8d90dc

Tailand və Kamboca arasında şiddətli qarşıdurma davam edir

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 24-də Kamboca ordusunun çoxsaylı raket sistemlərindən istifadə etməsinə cavab olaraq Tailand silahlı qüvvələri hava hücumu həyata keçirib.

Tərəflər arasında baş verən hərbi toqquşmalar nəticəsindən 12 nəfər ölüb, onlarla insan yaralanıb. 100 mindən çox mülki şəxs isə təhlükəsizlik məqsədilə öz evlərini tərk edib.

Qeyd edək ki, yalnız Kamboca Oddar Meanchey əyalətində 1500-dən çox ailə təxliyə olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər