media-inshot_20260406_085840831

İranın paytaxtı Tehranda bazar ertəsi səhər saatlarında mülki obyektlər şiddətli bombardmana məruz qalıb.

Patrul.az xəbər verir ki, Tehranın Baharestan qraflığının Qaleh Mir şəhərində iki yaşayış məntəqəsinə edilən hücum nəticəsində 13 nəfər həlak olub. Onlardan 6-sı azyaşlı uşaqdır.

Nə İsrail, nə də ABŞ bazar ertəsi baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

İranın mərkəzi hərbi komandanlığı isə ABŞ və İsrailin ölkənin mülki hədəflərinə hücum edəcəyi təqdirdə daha sərt cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

“Əgər mülki hədəflərə hücumlar təkrarlanarsa, hücum və cavab əməliyyatlarımızın növbəti mərhələləri daha dağıdıcı və genişmiqyaslı olacaq”, – deyə bildirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Tehran hökumətinin Hörmüz boğazını açmayacağı təqdirdə aprelin 6-dan etibarən ordusunun İranın elektrik stansiyalarını və körpülərini hədəf ala biləcəyini bildirmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər