media-inshot_20250721_093453906

İran ilə Avropa üçlüyü – Böyük Britaniya, Almaniya və Fransa arasında nüvə proqramına dair danışıqlar iyulun 25-də İstanbulda baş tutacaq.

Patrulaz.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib. O bildirib ki, danışıqlar ölkələrin xarici işlər nazirliklərinin müavinləri səviyyəsində keçiriləcək və əsas diqqət İranın nüvə proqramına yönələcək.

İsmayıl Bəqainin sözlərinə görə, danışıqlarda İran tərəfdən Xarici İşlər Nazirinin müavinləri Məcid Təxt Rəvançi və Kazım Qəribabadi iştirak edəcəklər.

Bu danışıqlar İran və Avropa ölkələri arasında nüvə məsələlərinə dair diplomatik irəliləyişə ümidləri artırır.

Qeyd edək ki, danışıqların yeni mərhələsi regionda sabitlik və beynəlxalq nüvə razılaşmalarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər