media-inshot_20251208_151000571

ABŞ Prezidenti Donald Tramp bazar günü jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskidən məyus olduğunu açıqlayıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp məyusluğunun səbəbini Zelenskiyə Rusiya-Ukrayna müharibəsini bitirmək üçün təqdim edilən son planı hələ oxumaması ilə izah edib.

“Prezident Zelenskinin bir neçə saat əvvəl təqdim etdiyi təklifi hələ oxumadığı üçün bir qədər məyus oldum. Onun xalqı bunu sevir, lakin o hələ oxumayıb”, – ABŞ lideri qeyd edib.

Tramp həmçinin bildirib ki, Rusiya razılaşmaya müsbət yanaşır. Lakin Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Amerika tərəfi bəzi məsələlər üzrə layihəyə radikal dəyişikliklər etməli olacaq.

Trampın açıqlamasından sonra Zelenski bazar ertəsi ABŞ-nin müəllifi olduğu son sülh təklifini müzakirə etmək və Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə Londonda Böyük Britaniyanın Baş Naziri Keir Starmer, Almaniya Kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron ilə görüşəcəyini açıqlayıb.


Bənzər xəbərlər