Telefonu çıxarıb şəkil çəkmək istədi – Şirin reaksiyası gözlənilməz oldu
Cənubi Afrikada yerləşən təbiət parkında təhlükəli anlar yaşanıb.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, xarici turistlərdən biri vəhşi təbiətdə maraqlı görüntü əldə etmək məqsədilə şirə yaxınlaşıb. O, telefonunu çıxararaq ovunu yeməklə məşğul olan yırtıcının şəklini çəkmək istəyib.
Lakin bu anda şir hərəkətdən narahat olaraq qəfil turistin üstünə atılıb. Qorxulu anlar parkdakı digər şəxslər tərəfindən anbaan kameraya çəkilib.
Görüntülərdə kişinin təşviş içində geri çəkilərək qaçdığı, şirin isə bir müddət sonra diqqətini yenidən ovuna yönəldərək yeməyə davam etdiyi əks olunub.
Xoşbəxtlikdən, turist son anda canını qurtarmağı bacarıb. Hadisədən sonra park rəhbərliyi ziyarətçilərə vəhşi heyvanlara yaxınlaşmamağı və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməyi tövsiyə edib.
Gülbəniz Səfərova






