“Tesla”nın gəlirlərinin düşdüyünü görən Mask…
“Tesla”nın baş direktoru İlon Mask gələn aydan etibarən Donald Trampın administrasiyasında yer aldığı Hökumətin Səmərəliliyi Departamentindəki fəaliyyətini əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Mask bu qərarını “Tesla”nın son rübdə mənfəətinin 71% azalması və satış göstəricilərinin proqnozların xeyli altında qalması ilə əlaqələndirib. Şirkətin açıqlamasına görə, 2024-cü ilin ilk rübündə “Tesla”nın xalis mənfəəti ötən ilin eyni dövründəki 1,39 milyard dollardan 409 milyon dollara düşüb. Gəlirlər isə 9% azalaraq 19,3 milyard dollara enib.
Mask mətbuata açıqlamasında bu sözləri deyib: “”Tesla”nın qarşılaşdığı çətinlikləri nəzərə alaraq, şirkətə daha çox vaxt ayıracağam. DOGE-dəki rolum isə önümüzdəki aylarda əhəmiyyətli dərəcədə azalacaq”.
Xatırladaq ki, bir müddət əvvəl vəzifəsindən istefa verəcəyi barədə yayılan məlumatları “saxta xəbər” adlandıraraq təkzib etmişdi. Onun belə qərar verməsinə ABŞ-də tətbiq edilən yeni tariflər, “Tesla” salonlarına edilən hücumlar və artan iqtisadi təzyiqlər səbəb olub.
ABŞ Prezidenti Donald Tramp isə şirkətə qarşı etiraz aksiyalarını təşkil edənləri “terrorçu” adlandırıb.
Gülbəniz Səfərova