"Tesla"nın yeni sirri üzə çıxdı
Tesla-nın gələcək planları ilə bağlı hakerlər inanılmaz sirri ortaya çıxarıblar.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, avtomobilin proqram təminatında yeni 2x2x2 oturacaq düzülüşünə dair izlər tapılıb. Bu o deməkdir ki, Tesla artıq bu modeli aktiv şəkildə sınaqdan keçirir.
Yeni model beş və yeddi yerlik variantlardan fərqli olaraq komfort və lüksü bir araya gətirəcək. Üstəlik, avtomatik qatlanan oturacaqlar və konfiqurasiya texnologiyası da artıq proqramda yer alıb.
Qeyd edək ki, altı yerlik variantın təxminən 4000–5000 dollar baha olması gözlənilir və bu versiyanın yalnız Çinə deyil, qlobal bazara çıxacağı ehtimal edilir.