media-inshot_20250826_155307309

ABŞ-nin Texas ştatından Respublikaçı namizəd Valentina Qomez sosial mediada paylaşdığı videoda Quranı odlu silahla yandıraraq “Texasda İslamı bitirəcəm, Allahım, mənə kömək et” ifadəsini səsləndirib.

Patrulaz.az yayılan görüntülərə əsasən xəbər verir ki, videoda Qomez, həmçinin izləyicilərini onu siyasi cəhətdən dəstəkləməyə çağıraraq, “Müsəlmanların atdığı daşlarla heç vaxt üz-üzə qalmamağınız üçün parlamentə çatmağıma kömək edin” ifadəsini işlədib.

Görüntülər geniş tənqidlərə səbəb olub, siyasi liderlər, dini qruplar və sosial media istifadəçiləri tərəfindən nifrət nitqi və dini dözümsüzlük kimi qiymətləndirilib.

Məlumata görə, Qomez Texasın 31-ci Konqres Dairəsi üçün 2026-cı il seçkilərində Respublikaçı namizəd olaraq mübarizə aparır.

Xatırladaq ki, Qomez bundan əvvəl miqrantların açıq şəkildə asılmasını tələb edən və LGBTQ+ mövzularına dair mübahisəli videolar paylaşaraq ictimai qınaqla üzləşmişdi. Onun bu hərəkətləri sosial media platformalarında hesabının qadağan edilməsinə səbəb olmuşdu.

Qomez seçkilərdə cəmi 7,4% səs toplayaraq altıncı yeri tutsa da, məğlubiyyətinə baxmayaraq sosial mediada fəallığını davam etdirir və qızışdırıcı bəyanatlarla diqqət çəkir.


Bənzər xəbərlər