Cənuba tarixi qar fırtınası vurduğu üçün Texas və Luiziana sahillərinin bəzi hissələri üçün ilk dəfə çovğun xəbərdarlığı edilib. “Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə elektrik enerjisinin kəsiləcəyi gözləniləndir. Hyuston hava limanı bağlanıb və ABŞ-da 2000-ə yaxın reys ləğv edilib. Həmçinin Hyustondan New Orleansa və Savannaya qədər məktəblər bağlanıb.

Qar çərşənbə axşamı səhər  saatlarından başalayaraq Ostindən Hyustona, Luizianaya, Missisipidən Alabama ştatına qədər davam edir.

Qeyd edək ki, qar çərşənbə günü gün çıxana qədər yağacaq, lakin Florida yarımadasında yağış davam edəcək.


Bənzər xəbərlər