Tovuzda bir ailənin 5 üzvü zəhərləndi
Tovuz rayonunun Əyyublu kəndində eyni ailədən beş nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Patrulaz.az xəbər verir ki, ailə üzvləri Şəmkir rayonunda dönər yedikdən sonra səhhətlərində ciddi narahatlıq yaranıb. Onlar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, zəhərlənənlərdən üçü azyaşlıdır. Onların hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənən şəxslərin yaxınlarının sözlərinə görə, onlar dönər yedikdən sonra vəziyyətlərinin dəyişdiyini müşahidə ediblər.
Qeyd edək ki, bütün ailənin müalicəsi həkim nəzarəti altında davam etdirilir.






