Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “APA”nın yerli bürosuna əsasən xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
İki “VAZ 2107″nin toqquşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.







