media-inshot_20250825_074831148

Türkiyədə şadlıq sarayına yola düşən gəlin maşını qəzaya uğrayıb.

Patrulaz.az “Sondakika”ya istinadın xəbər verir ki, hadisə Samsununun Bafra rayonunda qeydə alınıb.

Belə ki, Sinop istiqamətində hərəkətdə olan İbrahim Balkalın idarə etdiyi avtomobil eyni istiqamətdə gedən avtomibilə çırpılıb. Qarşı tərəf gəlin maşının sağ tərəfinə keçmək istəyib. Lakin sürücü idarəetməni itirərək gəlin maşınına çırpılıb. Zərbənin təsirindən isə gəlinin olduğu avtomobil də qarşıdakı baryerlərə çırpılıb.

Qəza nəticəsində eyni avtomobildə gəlin Selin Cingöz və digəri xəsarət alıb.

Yaralılar Samsunda yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər