media-inshot_20250826_222116968

Malayziyanın Kampunq Banqqol kəndində nəhəng piton ələ keçirilib.

Patrulaz.az “The Straits Times”a istinadən xəbər verir ki, hadisə kənd sakininin toyuq hininə baxış keçirdiyi vaxt baş verib. O, yüksək səslə xırıldayan quşların əslində beş metrlik pitondan gizləndiyini görüb və dərhal xilasedicilərə müraciət edib.

Hadisə yerinə gələn xilasedicilər ilanı toyuq hininin içindən çıxarmağa çalışıblar. Aqressiv davranan pitonu tutmaq təxminən 35 dəqiqə çəkib.

Qeyd edək ki, ilanın çəkisi 40 kiloqram olub.


Bənzər xəbərlər