Tramp "BBC"ni 10 milyard dollarlıq məhkəməyə verdi
ABŞ Prezidenti Donald Tramp onun haqqında çəkilmiş sənədli filmdə faktların təhrif edildiyini iddia edərək Böyük Britaniyanın dövlət yayım qurumu olan “BBC”ni məhkəməyə verib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın iddiasına səbəb “BBC” tərəfindən yayımlanan sənədli filmdə onun 6 yanvar 2021-ci il tarixində etdiyi çıxışın kontekstdən kənar təqdim olunmasıdır.
Sözügedən videoda Donald Trampın 6 yanvar 2021-ci il tarixli çıxışının iki fərqli hissəsi montaj edilərək birləşdirilib və bu təqdimat onun tərəfdarlarını Konqresin Co Baydenin 2020-ci il prezident seçkilərində qələbəsini təsdiqlədiyi vaxt Kapitoli Binasına hücuma təşviq etdiyi təəssüratını yaradıb.
Donald Tramp bu təqdimatın ştat qanunlarını pozduğunu və onun reputasiyasına ciddi zərər vurduğunu əsas gətirərək “BBC”dən 10 milyard dollar məbləğində təzminat tələb edib.
Qeyd edək ki, Trampın vəkilləri sənədli filmdə yayımlanan materialın “yanlış, manipulyativ və böhtan xarakterli” olduğunu bildiriblər.






