media-inshot_20260121_213150564

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda xüsusi çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı sülh proseslərinə toxunub.

Patrul.az xəbər verir ki, Tramp çıxışı zamanı münaqişənin həllindəki rolunu xatırladaraq bildirib ki, Bakı-İrəvan arasındakı sülh xəbəri Rusiya Prezidenti Vladimir Putin tərəfindən təəccüblə qarşılanıb.

“O dedi ki, ‘İnanmıram ki, bunu həll etdiniz. Onlar 35 il davam edirdi’. Mən bunu bir gündə həll etdim. Sonra Prezident Putin mənə zəng etdi. O dedi ki, ‘Bilirsiniz, inanmıram ki, 10 ildir ki, o müharibə üzərində işləyirəm və onu həll etməyə çalışıram”, – Tramp deyib.

Xatırladaq ki, 8 avqust 2025-ci il tarixində ABŞ Prezidentinin ev sahibliyi etdiyi sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda Birgə Sülh Bəyannaməsi imzalanıb.


Bənzər xəbərlər