Tramp: "Əgər mən bu kartları oynasam, Çin məhv olar"
ABŞ Prezidenti Donald Tramp Çinə münasibəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Patrulaz.az xəbər verir ki, Tramp ölkəsinin Pekinə qarşı güclü üstünlüklərə malik olduğunu bildirib. Onun sözlərinə görə, Çin müəyyən imkanlara sahib olsa da, ABŞ-nin əlində “inanılmaz kartlar” var.
“Əgər mən bu kartları oynasaydım, Çin məhv olardı. Amma bunu etməyi düşünmürəm”, – deyə Tramp qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəl də dəfələrlə ABŞ-Çin münasibətlərində balansın Vaşinqtonun xeyrinə olduğunu vurğulamışdı.
Qeyd edək ki, ABŞ və Çin arasında ticarət, texnologiya və geosiyasi məsələlərlə bağlı gərginlik son illərdə daha da artıb.






