media-inshot_20251229_093011932

“Biz hədəfə çox yaxınıq, bəlkə də olduqca yaxınıq. Bir çoxları bunun qeyri-mümkün olduğunu desə də, biz çox ciddi irəliləyiş əldə etmişik”.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Mayami şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə baş tutan görüş zamanı deyib.

Donald Tramp bildirib ki, əgər Ukrayna tərəfi sülh razılaşmasının əldə olunmasına vasitəçilik edərsə, o, Ukraynaya səfər etməyə və parlament qarşısında çıxış etməyə hazırdır:

“Əgər Ukrayna razılaşmanın əldə olunmasına kömək edərsə, mən Ukraynaya gəlib parlament qarşısında çıxış etməyə hazıram”, – deyə ABŞ Prezidenti vurğulayıb.

“Ya müharibə bitəcək, ya da uzun müddət davam edəcək”- deyən Tramp Zelenski və Putinin razılaşmaya ciddi yanaşdıqlarını söyləyib.

ABŞ lideri, həmçinin bildirib ki, Ukrayna ilə bağlı mümkün razılaşmanın əsas çərçivəsi artıq formalaşıb.

Eyni zamanda qeyd olunub ki, münaqişə həll edildikdən sonra Avropa ölkələrinin Ukraynada sülhün qorunması prosesində mühüm rol oynayacağı gözlənilir.

 


Bənzər xəbərlər