Tramp ilk dəfə Rusiyanı Ukraynaya qarşı müharibədə "təcavüzkar" adlandırdı
ABŞ Prezidenti Donald Tramp ilk dəfə açıq şəkildə Rusiyanı Ukraynaya qarşı müharibədə “təcavüzkar” adlandırıb.
Patrulaz.az “UNN”a istinadən xəbər verir ki, Tramp müsahibəsi zamanı müharibədə ən çox itki verən tərəfin Rusiya olduğunu da açıqlayıb.
“Bu həftə hər iki tərəfdən 8 min hərbçi həlak olub. Daha çox itki Rusiya tərəfindədir, çünki təcavüzkar olan tərəf daha çox itirir”.
Xatırladaq ki, Tramp bundan əvvəl Ukraynanı müharibəyə başlamaqda ittiham etmiş və onu qınamışdı:
“Sən özündən 20 dəfə böyük olan birinə qarşı müharibə başlayırsan və insanların sənə bir neçə raket verəcəyinə ümid edirsən”.
Lakin yay aylarından etibarən Ağ Evin ritorikasında dəyişiklik müşahidə olunub. Prezidentin sözlərinə görə, Tramp administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqların təşkilinə mane olan Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərməyə başlayıb.
“Yeddi müharibəni dayandırmışam və bunun mənim üçün asan olacağını düşünmüşdüm, lakin çətin oldu. Fikrimcə, indi yalnız öz adımdan danışmalıyam. Onlar bir-birlərinə o qədər nifrət edirlər ki, nəfəs belə ala bilmirlər”,- deyə Tramp əlavə edib.
ABŞ liderinin son çıxışı onun mövqeyində dəyişiklik baş verdiyini göstərir.






