Tramp: "İran artıq buna razılıq verib"
“Onlar bizimlə razılığa gəlmək istəyirlər. Son 24 saat ərzində İranla çox məhsuldar müzakirələr apardıq və böyük ehtimalla razılıq əldə olunacaq”.
Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində UFC döyüşçülərini qəbul etdiyi tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp həmçinin İranın nüvə silahına sahib ola bilməyəcəyini və Tehranın artıq bu şərtlə razılaşdığını iddia edib:
“İran nüvə silahına sahib ola bilməz və olmayacaq. Onlar artıq digər məsələlərlə yanaşı, buna da razılıq veriblər”, – deyə o bildirib.
ABŞ lideri əlavə edib ki, bir çox İran rəsmisi öldürülüb və Vaşinqton hazırda yeni rəhbərliklə danışıqları davam etdirir. O, həmçinin İranın hərbi və siyasi imkanlarının ciddi şəkildə zəiflədiyini söyləyib.
Sonda saziş üçün konkret son tarix müəyyən edilmədiyini bildirən prezident, “Bu baş tutacaq”, – deyərək nikbin olduğunu vurğulayıb.






